


“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər
Bakı, 28 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı konkret irəliləyiş əldə olunacağı təqdirdə, Tehrana qarşı sanksiyaları yumşaltmağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadla məlumat yayıb.
ABŞ rəsmisinin sözlərinə görə, Tramp, həmçinin İranın dondurulmuş aktivlərinin sərbəst buraxılmasına hazırdır. O, bununla bağlı əlavə məlumat verməyib.