×
A
A
A
Sazlamalar

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Bakı, 28 sentyabr, AZƏRTAC

Böyük Britaniyada ABŞ-nin strateji bombardmançılarının yerləşdiyi “RAF Fairford” aviabazasına terror hücumu planlaşdırmaqda şübhəli bilinərək saxlanılan beş nəfər girov müqabilində azadlığa buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Skotland Yardın Terrorizmlə Mübarizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, şübhəlilər dindirildikdən və araşdırmalardan sonra sərbəst buraxılıb, lakin onların hərəkətləri və digər şəxslərlə əlaqələri məhdudlaşdırılıb. İstintaq davam edir.
“Sky News”un məlumatına görə, Britaniya polisi hücum planında İranın mümkün iştirakını da araşdırır. İran tərəfi isə ittihamları rədd edərək, onları “əsassız və qərəzli fərziyyələr” adlandırıb.
Qeyd edək ki, şübhəlilər sentyabrın 27-də aviabazanın yaxınlığında saxlanılıb.

Dünya 2026-09-28 23:04:00