×
A
A
A
Sazlamalar

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Nyu-York, 28 sentyabr, AZƏRTAC

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfransın iştirakçıları səssiz aksiya keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiya zamanı iştirakçılar qayıdış hüququnun təmin edilməsi, dekolonizasiya prosesinin başa çatdırılması və tarixi ədalətin bərpasına çağıran plakatlar qaldırıblar.
Plakatlarda “Qərbi Azərbaycan — qayıdış xeyriyyə deyil, hüquqdur”, “Ədalət qayıdış hüququndan başlayır”, “Qayıdış olmadan dekolonizasiya tamamlanmayıb”, “Müstəmləkəçiliyə son qoyulsun, tarixi ədalət bərpa edilsin”, “Öz müqəddəratını təyinetmə dekolonizasiyaya aparan yoldur” şüarları yer alıb.
Aksiya iştirakçıları bununla qayıdış hüququnun fundamental hüquq kimi təmin edilməsinin və müstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasının vacibliyinə diqqət çəkiblər.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Nyu-York

Siyasət 2026-09-28 21:26:00