×
A
A
A
Sazlamalar

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

Lənkəran, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr – Anım Günü ilə əlaqədar Lənkəran şəhərinin Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya təsdiq olunmuş tədbirlər planına uyğun olaraq təşkil edilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, yerli xidmət sahələrinin, təşkilat və müəssisələrin nümayəndələri, həmçinin rayon ictimaiyyətinin üzvləri iştirak ediblər.
Aksiya zamanı ərazidə ümumilikdə 500 həmişəyaşıl ağac əkilib. Onların 200-ü Eldar şamı, 200-ü sərv, 100-ü isə tuyadır. Yeni əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qaydalara uyğun qulluq edilib.
Ərazidə yaşıllaşdırma və abadlıq işlərinin bundan sonra da mütəmadi davam etdirilməsi nəzərdə tutulur.

Müxbir- İlkin Adıyev

Regionlar 2026-09-27 22:04:00