×
A
A
A
Sazlamalar

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

Bakı, 27 sentyabr, AZƏRTAC

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar qurulan "Bir nəfəs qədər" tamaşası Zəfərimizdən bəhs edir və biz onu ilk Zəfər ilimizə həsr etmişdik. Səhnə əsərini bir neçə il ərzində dəfələrlə nümayiş etdirmişik.
Bunu AZƏRTAC-a açıqlamasında əsərin müəllifi və rejissoru, Prezident mükafatçısı Samir Qulamov deyib.
O diqqətə çatdırıb ki, tamaşanı Zəfər Gününə çatdırmaq üçün hər gün 6-7 saat məşq edirdik. “Ən böyük qürurumuz onu ilk dəfə şəhid analarının və qazilərin qarşısında nümayiş etdirməyimiz oldu. Düşünürəm ki, hər mədəniyyət xadimi belə mövzuda sənət əsəri yaratmağı özünə borc bilməlidir. Tamaşa Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir. Bu, çox sevindirici və qürurverici haldır. Əsas məqsədim müharibədən bəhs edən digər filmlərdən və tamaşalardan fərqlənən bir əsər yaratmaq idi. Bu tamaşanı şəhidlərimizin və qazilərimizin analarına ithaf etdik”,- deyə S.Qulamov əlavə edib.

Müxbir - Fidan Əlizadə

Mədəniyyət 2026-09-27 21:54:00