


Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
Bakı, 27 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət müəssisələrinin rəhbərləri, ölkəmizin tanınmış mədəniyyət xadimləri Zəfər parkını ziyarət ediblər.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollektiv Zəfər abidəsinin önünə gül dəstələri qoyub, qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildirib.
Müasir tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü tamam oldu.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, bu müharibədə qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.