×
A
A
A
Sazlamalar

“Birliyin Gücü - 2026” təliminin iştirakçıları üçün konsert proqramı təşkil edilib VİDEO

Bakı, 25 sentyabr, AZƏRTAC

“Birliyin Gücü - 2026” birgə hərbi təlimində iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistandan olan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək saxlanılması və asudə vaxtının səmərəli təşkili məqsədilə konsert proqramı təşkil olunub.
Müdafiə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi hərbi qulluqçular üçün rəngarəng musiqi nömrələri təqdim edib.
Müxtəlif janrlarda səsləndirilən hərbi-vətənpərvərlik və musiqi nümunələri şəxsi heyətdə yüksək əhvali-ruhiyyə yaradıb, təlimin iştirakçıları tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.

Ordu 2026-09-25 18:30:00