×
A
A
A
Sazlamalar

SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları nəzərdən keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

SOCAR-ın prezidenti Rövşən Nəcəf Türkiyənin “Karpowership” şirkətinin İdarə Heyətinin sədri Orhan Remzi Karadeniz ilə görüşüb.
AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə qonaqlara SOCAR-ın qlobal genişlənmə strategiyası, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr barədə məlumat verilib.
Beynəlxalq fəaliyyət coğrafiyasını genişləndirən SOCAR-ın enerji dəyər zəncirinin müxtəlif istiqamətləri üzrə strateji tərəfdaşlıqlar qurmağa və investisiya portfelini şaxələndirməyə xüsusi önəm verdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR ilə “Karpowership” arasında beynəlxalq bazarlarda birgə fəaliyyət imkanları, o cümlədən elektrik enerjisi istehsalı, enerji infrastrukturu, yeni enerji həlləri və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

 

İqtisadiyyat 2026-09-23 23:40:00