×
A
A
A
Sazlamalar

Quruluşçu rejissor: "Vətən daşı" filmi azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

"Vətən daşı" filmini Kəlbəcərdə lentə almışıq. Bildiyiniz kimi, ötən il Xocalıya həsr olunmuş filmimizi təqdim etmişdik. Bu il isə Vətən müharibəsinin və antiterror tədbirlərinin ildönümü münasibətilə şəhid Əkrəm Şadmanovun və ailəsinin həyat yolundan bəhs edən filmi ərsəyə gətirdik.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında filmin quruluşçu rejissoru Niyam Şirinov deyib.
O bildirib ki, film şəhid Əkrəm Şadmanovun ailəsinin timsalında Vətən uğrunda mübarizəni və azad edilmiş torpaqlarda həyatın yenidən bərpasını əks etdirir.
"Bu ailənin övladlarından biri torpaqlarımızın azadlığı uğrunda canını fəda edib, digər övladları isə şəhidlərin qanı bahasına azad olunan yurdlarımızın yenidən qurulması və dirçəldilməsi yolunda xidmət göstərir", - deyə filmin rejissoru qeyd edib.

Mədəniyyət 2026-09-23 22:40:00