×
A
A
A
Sazlamalar

"Neftçi" basketbol klubu Avropa Kubokuna qələbə ilə başlayıb

Bakı, 23 sentyabr, AZƏRTAC

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunda mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi təsnifat mərhələsində Estoniyanın "Parnu" klubu ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan görüş "Neftçi"nin 80:67 hesablı qələbəsi ilə başa çatıb.
Komandalar arasında cavab oyunu sentyabrın 30-da Estoniyada olacaq.
Qeyd edək ki, bu cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda "Oradya" (Rumıniya), "Fribur Olimpik" (İsveçrə), VEF (Latviya), "Mikonos" (Yunanıstan) və "Lokomotiv" (Plovdiv, Bolqarıstan) komandaları ilə mübarizə aparacaq.

İdman 2026-09-23 22:19:00