×
A
A
A
Sazlamalar

Şəhid Əkrəm Şadmanovun atası: Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi VİDEO

Bakı, 23 sentyabr, AZƏRTAC

Ən böyük arzum torpaqlarımızın işğaldan azad olunması idi. Dövlətimizin apardığı məqsədyönlü siyasət və Ordumuzun qəhrəmanlığı nəticəsində bu arzu gerçəkləşdi. Bilirdim ki, oğlum şəhid ola bilər və buna hazır idim.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun atası Yunis Şadmanov deyib.
O bildirib ki, bu filmin ərsəyə gəlməsi sayəsində yenidən doğma yurdunu, öz torpağını ziyarət edib: "Mənəvi dəyərlərimizin yaşadılması və gələcək nəsillərə çatdırılması çox vacib təşəbbüsdür. Doğma yurdumu ziyarət edəndə digər oğlum oradan üç daş gətirmişdi. Onlar Vətən daşı idi. O daşlar mənim üçün yadigardır. Filmin yaradıcı heyəti həmin daşların önündə çəkiliş apardı. Filmi ərsəyə gətirən hər kəsə təşəkkür edirəm".

Mədəniyyət 2026-09-23 22:14:00