×
A
A
A
Sazlamalar

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Bakı, 23 sentyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlər Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərini nəzərdən keçirib, iki ölkə arasında mühüm siyasi dialoqu vurğulayıblar.
Tərəflər beynəlxalq platformalarda milli maraq doğuran məsələlər üzrə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Siyasət 2026-09-23 01:45:00