


Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəlilabad, 23 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, Müqabil Nağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili at arabası ilə toqquşub. Qəza nəticəsində Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Müxbir- İlkin Adıyev