


Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
Bakı, 23 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər naziri, Baş nazirin müavini Anita Orban ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycan–Macarıstan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər, həmçinin Azərbaycan–Avropa İttifaqı münasibətləri, eləcə də regional və beynəlxalq proseslər barədə fikir mübadiləsi aparıblar.