×
A
A
A
Sazlamalar

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Bakı, 22 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp administrasiyanın Rusiya və İranın neft-qaz ixracına qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun tətbiqi imkanlarını araşdırdığını bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
“Biz, şübhəsiz ki, bunu araşdırırıq. Bu, çox sərt qanun layihəsidir”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp, həmçinin Çin Sədri Si Cinpinlə görüşündə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar məsələsini müzakirə edə biləcəyini söyləyib.
Qeyd edək ki, sentyabrın 18-də Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. Sənəddə Rusiyanın ticarət tərəfdaşlarına, o cümlədən Rusiya neft və qazının əsas alıcılarına qarşı 100 faizə qədər tariflərin tətbiqi imkanları nəzərdə tutulur.

Dünya 2026-09-22 23:22:00