×
A
A
A
Sazlamalar

Naxçıvanda avtomobil piyadaları vurub

Naxçıvan, 22 sentyabr, AZƏRTAC
Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, BYD markalı avtomobil Nizami küçəsində yolu qarşı tərəfə keçən 2008-ci il təvəllüdlü Bayramov Sadiq Səbuhi oğlunu və 2009-cu il təvəllüdlü Hüseynov Mənsur Coşqun oğlunu vurub.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-09-22 22:18:00