×
A
A
A
Sazlamalar

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Vaşinqton, 22 sentyabr, AZƏRTAC

İranla görüş çox yaxşı keçdi.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ Prezidenti bildirib ki, İranla görüş təxminən üç saat davam edib və bir saat əvvəl başa çatıb.
Tramp tərəflər arasında yaxın zamanda daha bir görüşün keçirilməsinin planlaşdırıldığını da qeyd edib.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2026-09-22 22:16:00