×
A
A
A
Sazlamalar

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Bakı, 22 sentyabr, AZƏRTAC

BMT Baş Assambleyasının 81-ci sessiyasının Yüksəksəviyyəli Həftəsinin ilk günündə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bir sıra tədbirdə iştirak edib.
AZƏRTAC xəbər verir ki, nazir müavini Rəqəmsal Əməkdaşlıq Təşkilatında keçirilən kritik mülki rəqəmsal infrastruktur və dayanıqlı dövlət xidmətləri mövzusunda yüksəksəviyyəli müzakirədə Azərbaycanın Rəqəmsal Əməkdaşlıq Təşkilatına son üzvlüyünü alqışlayıb və rəqəmsal transformasiya ilə dayanıqlığın paralel şəkildə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
İslam Əməkdaşlıq Təşkilatının Avropadakı müsəlmanlar üzrə Əlaqə Qrupunun iclasında Yalçın Rəfiyev artan islamofobiya ilə bağlı narahatlığını ifadə edib, dini azadlığın qorunmasının, təhriklərin qarşısının alınmasının və cəmiyyətlər arasında qarşılıqlı hörmətin gücləndirilməsinin vacibliyini vurğulayıb.
COP31 Fəaliyyət Gündəliyinin elan edilməsi tədbirində nazir müavini həll yönümlü COP31 Fəaliyyət Gündəliyini alqışlayıb və Antalyada uğurlu nəticələrin əldə olunması üçün Türkiyə ilə əməkdaşlığa hazır olduğunu bildirib.
Dəniz səviyyəsinin yüksəlməsi ilə bağlı BMT Bəyannaməsinin qəbul edilməsini qeyd etmək məqsədilə Palau, Sent-Kits və Nevis və Tuvalu tərəfindən təşkil edilən yüksək səviyyəli “Yüksələn Millətlərin Qala Yeməyi”ndə də iştirak edən Yalçın Rəfiyev dəniz səviyyəsinin yüksəlməsinin kiçik ada dövlətləri üçün yaratdığı qaçılmaz təhlükələrlə bağlı müzakirələrə töhfə verib.

Siyasət 2026-09-22 22:02:00