×
A
A
A
Sazlamalar

Ağstafada 32 yaşlı kişini ilan sancıb

Ağstafa, 22 sentyabr, AZƏRTAC

Ağstafa rayonunun Sadıqlı kəndində ilan sancması hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, 1994-cü il təvəllüdlü şəxs ilan sancması səbəbi ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona sağ baldırın ilan sancması diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.
Hazırda vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Müxbir - Ruslan Novruzoğlu

Regionlar 2026-09-22 21:49:00