


Kuba ABŞ-nin Karib dənizində hərbi mövcudluğunu pisləyib
Bakı, 22 sentyabr, AZƏRTAC
Kuba ABŞ-nin narkotik qaçaqmalçılığı ilə mübarizə bəhanəsi ilə Latın Amerikası və Karib dənizində hərbi mövcudluğunu artırmasını pisləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriges “X” sosial şəbəkəsində yazıb.
Bildirib ki, Vaşinqton narkotik qaçaqmalçılığı ilə mübarizədən regionda dominantlıq vasitəsi kimi istifadə edir və əməkdaşlıq mexanizmlərini zəiflətməyə çalışır.
Nazir ABŞ hakimiyyətini “Monro” doktrinasının müasir formada tətbiqində ittiham edib. O, həmçinin Vaşinqtonun Kubaya qarşı blokadasının gücləndirilməsini, enerji embarqosunu, ikinci dərəcəli sanksiyaları və adaya qarşı hərbi təcavüz təhdidlərini pisləyib.
Qeyd edək ki, Donald Tramp administrasiyası 2025-ci ilin sentyabrından narkotik qaçaqmalçılığına qarşı kampaniya çərçivəsində Karib dənizi və Sakit okeanda əhəmiyyətli hərbi qüvvələr saxlayır.