


Tramp Ağ Evdə yeni helikopter meydançasını açıb
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində inşa edilmiş yeni helikopter meydançasının açılışını edib.
AZƏRTAC xəbər verir ki, Tramp rəmzi lenti kəsdikdən sonra meydançadan ilk dəfə istifadə edərək “Marine One” helikopteri ilə Endryus hərbi bazasına yola düşüb. Prezident daha sonra BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak etmək üçün təyyarə ilə Nyu-Yorka uçub.
Qranitdən tikilmiş və üzərində ABŞ prezidentinin gerbi həkk olunmuş meydançanın yeni, daha güclü prezident helikopterləri üçün nəzərdə tutulduğu bildirilir. Layihənin dəyəri təxminən 6 milyon dollar qiymətləndirilir.