


Salyanda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
Salyan, 21 sentyabr, AZƏRTAC
Salyan rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada ölüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Alçalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolu keçən Nəcəfxan İsayevi minik avtomobili vurub. Ağır xəsarətlər alan piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Aydın Yavərzadə