×
A
A
A
Sazlamalar

Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub

Qahirə, 21 sentyabr, AZƏRTAC

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi Hörmüz boğazında gün ərzində ikinci tankerlə bağlı insidentin baş verdiyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Hörmüz boğazı yaxınlığında üzən LNG tankeri naməlum mərmilərin qəlpələrinin düşməsi nəticəsində zədə alıb.
Hadisə zamanı heyət üzvləri arasında xəsarət alanların olmadığı bildirilir. Vurğulanır ki, hadisə nəticəsində ətraf mühit üçün mənfi təsir yaranmayıb. Gəminin hansı ölkəyə aid olduğu açıqlanmayıb.
Xatırladaq ki, gün ərzində baş vermiş oxşar hadisə zamanı gəminin heyət üzvlərindən ikisi yaralanıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2026-09-21 21:54:00