×
A
A
A
Sazlamalar

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

Bakı, 21 sentyabr, AZƏRTAC

"Turan Tovuz" və Türkiyənin "Fənərbağça" klubları arasında keçiriləcək dostluq oyununun biletləri satışa çıxarılır.
AZƏRTAC Tovuz təmsilçisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, qarşılaşmanın biletləri sentyabrın 22-si saat 11:00-dan etibarən “Birbilet.az” platformasında satışda olacaq.
Qeyd edək ki, yoldaşlıq görüşü oktyabrın 3-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

İdman 2026-09-21 21:39:00