


“Axios”: Tramp Zelenskidən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı istəyib
Bakı, 21 sentyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığında Rusiyanın neft emalı zavodlarına endirilən zərbələrin dayandırılmasını istəyib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, Tramp bu hücumların qlobal dizel yanacağının qiymətinin artmasına səbəb olduğunu bildirib.
Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, ABŞ-də dizel yanacağının orta qiyməti sentyabrın 20-də rekord həddə çataraq bir qallona 6,51 dollar olub. Bir həftə əvvəl bu göstərici 6,20 dollar təşkil edib.