×
A
A
A
Sazlamalar

WSJ: ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı genişmiqyaslı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, məhdudiyyətlər BCM ilə aparılan əksər maliyyə əməliyyatlarına şamil edilə bilər. Lakin onların tətbiqinin 6-7 ay müddətinə təxirə salınması nəzərdə tutulur.
Qeyd edək ki, Tramp 2025-ci il fevralın 6-da BCM əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətlərinin tətbiqinə imkan verən sərəncam imzalayıb.

Dünya 2026-09-21 00:11:00