×
A
A
A
Sazlamalar

Premyer Liqa: Turun bağlanış matçında qalib müəyyənləşməyib

Bakı, 20 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bağlanış matçında "Kəpəz" öz meydanında "Sumqayıt"ı qəbul edib.
Gəncə şəhər stadionunda keçirilən görüşdə qalib müəyyənləşməyib - 1:1.
Bu nəticədən sonra "Kəpəz" 7 xalla 7-ci pillədə qərarlaşıb. "Sumqayıt" isə 2 xalla 11-ci sırada yer alıb.
Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” “İmişli”yə 3:1, "Şamaxı" isə "Araz-Naxçıvan"a 2:1 hesabı ilə qalib gəlib.

İdman 2026-09-20 21:31:00