


Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib
Cəlilabad, 20 sentyabr, AZƏRTAC
Cəlilabad rayonunun Soltankənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, "Toyota Land Cruiser Prado" markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.
Baş verən qəza zamanı xəsarət alan olmayıb, avtomobilə ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir- İlkin Adıyev