


İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb
Qahirə, 20 sentyabr, AZƏRTAC
İranda məhkəmə Fransa səfirliyinin dil mərkəzinin bağlanması barədə qərar çıxarıb.
AZƏRTAC “Təsnim” informasiya agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarından daxil olan məlumata görə, mərkəz uzun müddət ərzində xarici dil tədrisi adı altında və lisenziyasız fəaliyyət göstərib.
Qeyd olunur ki, mərkəz İran mədəniyyətinə və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə, həmçinin yüksəkixtisaslı və bacarıqlı iranlıların ölkəni tərk etməsinə şərait yaratmaqda ittiham olunur.