×
A
A
A
Sazlamalar

Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib

Bakı, 20 sentyabr, AZƏRTAC

Türkiyənin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım olunub.
“Qardaş Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün qardaşlarımızı rəhmətlə yad edir, qazilərə Allahdan şəfa diləyirik”, - deyə paylaşımda qeyd olunub.

 

Siyasət 2026-09-20 14:24:00