×
A
A
A
Sazlamalar

Moskvada OANA-nın İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib

Moskva, 20 sentyabr, AZƏRTAC
Moskvada TASS agentliyinin sədrliyi və təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib.
İclasda təşkilatın vitse-prezidenti olan AZƏRTAC da daxil olmaqla İcraiyyə Komitəsinin 14 üzv agentliyinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
Görüşdə OANA-nın maliyyə və texniki hesabatları dinlənilib. Qeyd olunub ki, təşkilatın texniki və etik komitələrinin tərkibi genişləndirilib, veb-saytda aparılan texniki işlər yekunlaşdırılıb.
İcraiyyə Komitəsinin növbəti iclasının VNA xəbər agentliyi tərəfindən 2027-ci ildə Vyetnamda keçirilməsi qərara alınıb.
Bu il yaranmasının 65 illik yubileyini qeyd edən OANA-da 33 ölkədən 41 xəbər agentliyi təmsil olunur. AZƏRTAC 2004-cü ildən təşkilatın üzvüdür və 2016-cı ildən onun idarəedici orqanı olan İcraiyyə Komitəsinə daxildir.

Cəmiyyət 2026-09-20 14:14:00