


“Əsrin müqaviləsi”: Azərbaycanı xilas edən imza necə atıldı? VİDEO
Bakı, 20 sentyabr, AZƏRTAC
Müstəqilliyini yenicə bərpa etmiş, müharibə, ərazi itkiləri və iqtisadi böhranla üz-üzə qalan Azərbaycan. Belə bir mürəkkəb dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin qarşısında əsas vəzifə müharibəni dayandırmaq və ölkənin iflic olmuş iqtisadiyyatını dirçəltmək idi. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.