


İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
Bakı, 20 sentyabr, AZƏRTAC
İsrailin Azərbaycandakı səfirliyi ölkəmizi 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İsrail dövlətinin səfirliyi Azərbaycan Respublikasını Suverenlik Günü münasibətilə səmimi-qəlbdən təbrik edir! Arzu edirik ki, bu mühüm milli bayram Azərbaycan xalqına davamlı sülh, rifah, birlik və qüvvət gətirsin. Azərbaycan Respublikasına möhkəm suverenlik, sabitlik və parlaq gələcək diləyirik!”, - deyə paylaşımda qeyd olunub.
