


Premyer Liqa: “Şamaxı” “Araz-Naxçıvan”ı, “Kəpəz” “Sumqayıt”ı qəbul edir
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Şamaxı” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. Görüş saat 16:30-da start götürəcək.
Hazırda Şamaxı təmsilçisi 6 xalla 7-ci, Naxçıvan klubu 2 xalla 11-ci pillədə qərarlaşıb.
Turun bağlanış matçı isə Gəncə şəhər stadionunda “Kəpəz” və “Sumqayıt” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Altı xalı olan “sarı-göylər” turnir cədvəlinin 6-cı pilləsində yer alıb. Cəmi 1 xalı olan “Sumqayıt” isə sonuncu – 12-cidir.
Qeyd edək ki, VI turun əvvəlki görüşlərində “Neftçi” “Qəbələ”yə 3:0, “Qarabağ” “Şəfa”ya və “Turan Tovuz” “Zirə”yə 1:0, “Sabah” isə “İmişli”yə 3:1 hesabı ilə qalib gəlib.