×
A
A
A
Sazlamalar

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb. İndi amerikalılar bir qallon dizel yanacağı üçün üçün 6,49 dollar ödəyirlər.
AZƏRTAC-ın xəbər verir ki, Amerika Avtomobil Assosiasiyasının məlumatlarına görə, bir həftə əvvəl orta qiymət 6,17 dollar idi.
Ötən ildən bəri ABŞ-də dizel yanacağının qiyməti az qala iki dəfəyə qədər artıb. Bir il əvvəl dizel yanacağının qiyməti istehlakçılara 3,7 dollara başa gəlirdi.
Daha əvvəl "The Wall Street Journal" qəzeti Amerikanın ən böyük neft şirkətlərindən biri olan "Chevron" şirkətinin rəhbərinin Yaxın Şərqdəki münaqişə fonunda qlobal yanacaq böhranı barədə xəbərdarlıq etdiyini bildirmişdi.

Dünya 2026-09-20 06:57:00