×
A
A
A
Sazlamalar

Admiral Draqone: NATO-nun şərq cinahında mümkün münaqişəyə hazırıq

Bakı, 20 sentyabr, AZƏRTAC

NATO Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone bildirib ki, alyans şərq cinahında potensial münaqişəyə hazırdır.
AZƏRTAC xəbər verir ki, admiral bu barədə Kopenhagendə keçirdiyi mətbuat konfransında bildirib.
"Şərq cinahı üçün 4000 səhifəlik planımız var. İttifaq hazırdır, struktur hazırdır, ordu, sistem, silahlar hazırdır", - deyə o qeyd edib.
O, həmçinin bunların çəkindirici tədbirlər olduğunu bildirib.
Xatırladaq ki, admiral Cüzeppe Kavo Draqoneni NATO Hərbi Komitəsinin sədri vəzifəsində alman general Karsten Breuer əvəzləyəcək. O komitəyə gələn ilin yanvarından rəhbərlik edəcək.

 

Dünya 2026-09-20 03:11:00