×
A
A
A
Sazlamalar

Kiyevdə hava hücumu xəbərdarlığı elan edilib

Bakı, 20 sentyabr, AZƏRTAC

Kiyevdə hava hücumu həyəcanı elan edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyi məlumat yayıb.
Xidmətin məlumatına görə, Ukrayna paytaxtında həyəcan siqnalı verilib.
Bundan bir qədər əvvəl isə, Ukrayna mediası Odessada partlayış baş verdiyini bildirmişdi.

Dünya 2026-09-20 02:20:00