×
A
A
A
Sazlamalar

Haaqada etirazçılarla polis arasında toqquşma: saxlanılanlar var

Bakı, 20 sentyabr, AZƏRTAC

Niderlandın miqrasiya siyasətinə qarşı çıxan nümayişçilər Haaqada iğtişaşlar törədiblər. Polislə toqquşmalar qeydə alınıb.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, aksiyada polislərə tərəf fişənglər, tüstü bombaları və çubuqlar atılıb.
Hadisə yerinə cəlb edilən xüsusi təyinatlı qüvvələr və atlı polislər aksiyanı dağıtmaq üçün su şırnaqları və gözyaşardıcı qaz tətbiq ediblər.
Niderland polisi aqressiv nümayişçilərdən 24 nəfəri saxlayıb. Haaqanın bir hissəsində fövqəladə rejim tətbiq edilib.

Dünya 2026-09-20 01:43:00