×
A
A
A
Sazlamalar

Ağstafada qadını elektrik cərəyanı vurub VİDEO

Ağstafa, 19 sentyabr, AZƏRTAC

Ağstafada bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. Belə ki, 64 yaşlı M.Quliyevanı yaşadığı evin hamam otağında tok vurub. Qadın hadisə yerində ölüb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.

Müxbir - Ruslan Novruzoğlu

Regionlar 2026-09-19 21:40:00