×
A
A
A
Sazlamalar

Gülnarə Xəlilova: Hər bir evdə azı bir dəst milli geyim olmalıdır

Bakı, 19 sentyabr, AZƏRTAC

Təşkil etdiyim dəfilələrdə hər zaman bir əsas devizlə çıxış edirəm - hər bir evdə azı bir dəst milli geyim olmalıdır. Çünki o evdə böyüyən, boya-başa çatan uşaq mütləq maraqlanacaq ki, bu geyim nədir, haradandır və necə yaranıb. Valideynləri də ona bu barədə məlumat verəcəklər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İçərişəhərdə keçirilən “Milli Geyimlər Günü”ndə çıxış edən dizayner Gülnarə Xəlilova deyib.
Onun sözlərinə görə, beləliklə uşaqlara hələ kiçik yaşlardan milli köklərimiz, dəyərlərimiz və kodlarımız aşılanacaq, onlar öz tarixlərini anlamağa və öyrənməyə başlayacaqlar.

Müxbir - Lalə Minasazova
Fotoqraf - Tofiq Babayev

Mədəniyyət 2026-09-19 21:22:00