


Sürücülərin nəzərinə
Bakı, 19 sentyabr, AZƏRTAC
Bakıda keçiriləcək “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar 20-29 sentyabr tarixlərində şəhərin mərkəzi küçələrində yerləşən müəyyən parklanma məntəqələri fəaliyyətini müvəqqəti olaraq dayandırır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, sürücülərdən nəqliyyat vasitələrini park edərkən ərazilərdəki parklanma nişanlarına mütləq qaydada diqqət yetirmək və məhdudiyyət tətbiq olunan yerlərdə saxlamamaq xahiş olunur.