


Bədii rəhbər: Torpaqlarımız azad olunandan sonra ansamblımızın fəaliyyətini bərpa etdik
Bakı, 19 sentyabr, AZƏRTAC
Bizə nənələrimiz, babalarımız dəfələrlə tövsiyə ediblər ki, milli kimliyimizi, o cümlədən milli geyimlərimizi, milli rəqslərimizi unutmayaq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Nənəqızlar” folklor ansamblının bədii rəhbəri Sabirə Cəfərova deyib. O bildirib ki, ansamblın ümumilikdə 45 yaşı var və müəyyən səbəblərə görə fəaliyyətində dayanmalar yaranıb.
“Sadəcə, əvvəllər müəyyən səbəblərə görə fəaliyyətini dayandırıb, amma torpaqlarımız azad olunandan sonra biz onu bərpa etdik. Bu gün də sevə-sevə fəaliyyətimizi davam etdiririk. Hətta mən öz nəvəmi də altı yaşından etibarən bu ansambla cəlb etmişəm”, - deyə bədii rəhbər əlavə edib.
Müxbir- Lalə Minasazova