×
A
A
A
Sazlamalar

Gülzadə Abdulova: Nümayiş etdirdiyimiz geyimlər tarixi fotoşəkillər əsasında hazırlanıb

Bakı, 19 sentyabr, AZƏRTAC

Bunlar Qarabağ milli geyimləridir. Biz bunları muzey materialları və tarixi fotoşəkillər əsasında hazırlamışıq. Bu geyimlərə “Nilufər qol”, “Zambaq yaxa” arxalıq deyirlər.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Alaca” Milli Geyim Evinin yaradıcısı, Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya Fond Şöbəsinin müdiri dosent Gülzadə Abdulova deyib.
Onun sözlərinə görə, Qarabağ qadınları XIX əsrin sonlarından etibarən bu cür geyimlərdən istifadə ediblər. Muzey kolleksiyalarında həmin geyimlər hələ də qorunub saxlanılır. Nümayiş etdirilən geyimlər də həmin nümunələr əsasında hazırlanıb.

Müxbir- Lalə Minasazova

Mədəniyyət 2026-09-19 19:56:00