×
A
A
A
Sazlamalar

Şahbuzda 1 hektar sahədə olan məişət tullantıları yanıb

Naxçıvan, 19 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şahbuz rayon Daylaqlı kəndində məişət tullantıları atılan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahəyə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində 1 hektar sahədə olan məişət tullantıları yanıb.

Müxbir- Nail Əsgərov

Regionlar 2026-09-19 12:11:00