


Qaxda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb VİDEO
Qax, 19 sentyabr, AZƏRTAC
Qax-Qorağan avtomobil yolunun Meşəbaş kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza zamanı Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar təcili tibbi yardım briqadasının köməyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Həkimlərin verdiyi məlumata görə, G.Cəfərovanın vəziyyəti ağır olaraq qalır.
Qəza zamanı xəsarət alan şəxslərin Şəki rayon sakinləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müxbir - Rasim İslamoğlu