


Milli Kitabxanada Dövlət Suverenliyi Gününə həsr olunan virtual və eyniadlı ənənəvi kitab sərgisi açılıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Milli Kitabxanada 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Milli Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, sərgilərdə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə dair rəsmi sənədlər, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə "Dəmir Yumruq" adı altında aparılmış 44 günlük Vətən müharibəsi, qazanılmış Şanlı Qələbə, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bütün ölkə ərazisində tam bərqərar edilməsi, şəhidlərin döyüş yolu haqqında, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, Böyük Qayıdış barədə Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.