×
A
A
A
Sazlamalar

Abdulhakim Al Sənan: Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb

Bakı, 19 sentyabr, AZƏRTAC

ICESCO ilə Azərbaycan arasında çox güclü əməkdaşlıq mövcuddur. Bakı Ofisi bu əməkdaşlığın inkişafında xüsusi rol oynayır.
AZƏRTAC xəbər verir ki, bunu ICESCO-nun Bakı Regional Ofisinin direktoru Abdulhakim Al Sənan Birinci Türk Dünyası Bəstəkarları Qurultayının açılışında deyib.
Direktor qurultayın Üzeyir Hacıbəyli irsinin yad edildiyi ərəfədə keçirilməsinin təsadüfü olmadığını vurğulayıb.
“Üzeyir Hacıbəyli Azərbaycanın müasir musiqi kimliyini formalaşdırıb. O, bizə nümayiş etdirib ki, mədəniyyət milli kimliyi qorumaq üçün ən fundamental anlayışdır. Üzeyir bəy yaradıcılığı bütün dünyaya bir daha sübut edir ki, musiqinin dili olmur. Musiqi ümumbəşəridir”,- deyə o əlavə edib.

Müxbir - Fidan Əlizadə
Fotoqraf - Tofiq Babayev

Mədəniyyət 2026-09-19 11:06:00