


ADPU-ya 500-dən yüksək balla qəbul olunanların 81 faizi dövlət sifarişi ilə təhsil alacaq
Bakı, 19 sentyabr, AZƏRTAC
2026/2027-ci tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrin 288 nəfəri 500-dən yüksək bal toplayıb və onların 232 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq.
ADPU-nun İctimaiyyətə əlaqələr və marketinq şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 500 baldan yuxarı nəticə ilə qəbul olan abituriyentlərin 81 faizə qədəri dövlət sifarişi ilə oxuyacaq.