×
A
A
A
Sazlamalar

ADPU tələbələrinin 68 faizi ödənişsiz təhsil alacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) qəbul olunan tələbələrdən 141 nəfəri güzəştli şərtlərlə qəbul olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu da ümumi qəbul sayının 5,79 faizini təşkil edir. Digər yandan ümumi qəbul olunanların 62,10 faizi dövlət sifarişi əsasında təhsil alacaq.
Yəni cari ildə də ADPU-ya qəbul olunan tələbələrin 68 faizə qədəri dövlət hesabına təhsil alacaq.

Elm və təhsil 2026-09-19 07:44:00