×
A
A
A
Sazlamalar

Bundesliqa: “Bavariya” Münxendə “Union Berlin”i darmadağın edib

Berlin, 19 sentyabr, AZƏRTAC

Münxenin “Bavariya” klubu Bundesliqanın 4-cü turunun açılış matçında öz meydanında paytaxt təmsilçisi “Union Berlin”i qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Bavariya” rəqib komandanı darmadağın edib - 7:0. Münxenlilərin heyətində Camal Musialla (18), Harri Keyn (39, 54), Mişel Olise (43, 73, 76), İsmail Saibari (70) vurublar.
Bununla da “Bavariya” 4 turdan sonra 10 xal toplayıb. Üç turdan sonra maksimum nəticə toplayan iki komanda - “Frayburq” və “Borussiya Dortmund” dördüncü turda səfərdə meydana çıxacaqlar. “Frayburq” Frankfurtda “Ayntraxt”ın, “Borussiya” isə “Ştutqart”ın qonağı olacaq.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

İdman 2026-09-19 02:08:00